Logo

I sinfə qəbul üzrə şagird yerləri tutulan məktəblərin adı açıqlanıb

13.05.2024 18:03 257 baxış
IMG

2024–2025-ci tədris ili üzrə bəzi ümumi təhsil məktəblərində açılmış siniflərdə şagird yerləri tutulduğundan alternativ olaraq yaxınlıqdakı bir sıra ümumi təhsil müəssisələri müəyyən edilib.

Bu barədə "Tehsil.biz"​​​​​​ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

I sinfə qəbul üzrə şagird yerləri tutulan, həmçinin alternativ olaraq müəyyən edilmiş məktəblərin siyahısı ilə linkdən tanış olmaq mümkündür.

Xatırladaq ki, mayın 1-dən 2024-2025-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna başlanılıb. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir və proses www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi sentyabrın 13-dək davam edəcək. Mayın 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat, mayın 30-dək isə müsahibə mərhələsi keçiriləcək. Sözügedən qrupda iyunun 12-dən sentyabrın 13-dək məktəb və müəllim seçimi aparılacaq. Birinci sinfə elektron qəbul prosesində valideynlərə kömək məqsədilə ölkə üzrə ümumilikdə 326 Alternativ Qeydiyyat Mərkəzi yaradılıb.

Azərbaycan bölməsi üzrə 82 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib.

Xəbər lenti