Logo

Berlində Avropada yaşayan azərbaycanlı mühəndislərin forumu təşkil olunacaq

13.05.2024 20:33 234 baxış
IMG

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı və Azərbaycanın Almaniyadakı Səfirliyinin iştirakı ilə 22 iyun 2024-cü il tarixində Berlində baş tutacaq “Avropada yaşayan azərbaycanlı mühəndislərin Forum”u “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində gerçəkləşdiriləcək.

Komitədən "Tehsil.biz"ə bildirilib ki, forumda Avropa universitetlərində təhsil almış, habelə hazırda Avropada mühəndis olaraq çalışan azərbaycanlıların iştirakı nəzərdə tutulur.

Bununla əlaqədar Forumun Təşkilat Komitəsi soydaşlarımızı aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçməyə dəvət edir:

https://www.cognitoforms.com/Diasporgovaz/AvropadaYa%C5%9FayanAz%C9%99rbaycanl%C4%B1M%C3%BCh%C9%99ndisl%C9%99rinIForumu

“Avropada yaşayan azərbaycanlı mühəndislərin forumu”nun “COP-29” tədbiri ərəfəsində təşkili, azərbaycanlı mütəxəssislərin bu mötəbər tədbirlə bağlı müzakirələr aparmasına və müvafiq təkliflərin ümumiləşdirilməsinə imkan yaradacaqdır. Eyni zamanda Forum Azərbaycanın beynəlxalq səviyyədəki təsirini artıracaq və bu sahədə fəaliyyət göstərən Azərbaycanlı mütəxəssislərin beynəlxalq səviyyədə təcrübələrini paylaşmaq üçün bir platforma təqdim edəcəkdir.

Xəbər lenti