Logo

Tələbəni öldürən şəxsə HÖKM OXUNDU

14.05.2024 14:12 209 baxış
IMG

İdman Akademiyasının ikinci kurs tələbəsini qətlə yetirməkdə təqsirləndirilən Fateh Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Tehsil.biz"in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, təqsirləndirilən Fateh Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə ötən ilin iyununda paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

Belə ki, aparılmış araşdırmalarla 2005-ci il təvəllüdlü Fateh Məmmədovun Nərimanov rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı Hikmət Kərimova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Fateh Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Öldürülən Hikmət Kərimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ikinci kurs tələbəsi olub.

Xəbər lenti