Logo

“Dilçilik tribunası” layihəsi çərçivəsində posessiv mikrotoponimlərə dair məruzə dinlənilib

29.04.2024 15:48 182 baxış
IMG

Aprelin 29-da AMEA Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə il ərzində nəzərdə tutulmuş “Dilçilik tribunası”nda gənc doktorant və dissertantların fəal iştirakının zəruriliyi vurğulanıb.

Gənc Alim və Mütəxəssislər Şurasının əsasını qoyduğu “Dilçilik tribunası” layihəsi çərçivəsində Toponimika şöbəsinin kiçik elmi işçisi Ayşən İsmayıllının “Ağdam rayonu ərazisində rast gəlinən posessiv mikrotoponimlərin toponimik sistemdə rolu” mövzusunda məruzəsi dinlənilib. Qeyd edilib ki, posessiv mikrotoponimlər coğrafi obyektin hər hansı şəxsə, ailəyə, nəslə aid olduğunu bildirir.

Xəbər lenti