Logo

BMU tələbələri Beynəlxalq Kimya Olimpiadasında Azərbaycanı təmsil edirlər

26.11.2024 15:06 39 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri ali məktəblər arasında keçirilən III Beynəlxalq Kimya Olimpiadasında iştirak edirlər.

BMU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, Türkmənistanın Məhtimqulu adına Türkmən Dövlət Universitetində təşkil olunan olimpiadaya 11 ölkədən 24 universitet və 211 tələbə qatılıb.

Universitetin tələbələri - Məhəmməd Cavadzadə, Cavid Ayvazov, Əli Mehtizadə və Nihad Qasımov professor Namiq Şıxaliyevin rəhbərliyi ilə Azərbaycanı bu olimpiadada təmsil edirlər.

Xəbər lenti