Logo

“Ekoloji Sahibkarlıq” Hakatonunun qalibləri mükafatlandırılıb

16.12.2024 10:58 110 baxış
IMG

13-14 dekabr tarixlərində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində STEAM İnnovasiya Mərkəzində “Ekoloji Sahibkarlıq” mövzusunda keçirilən Hakaton yekunlaşıb.

“İnnovativ məktəb” layihəsi çərçivəsində təşkil edilən Hakatonda iştirak edən 12 komandanın hər biri onlara ekoloji cəhətdən təmiz nəqliyyat, su israfı, tullantıların çeşidlənməsi və bənzəri mövzularda verilmiş problemlərə innovativ həllər axtarıblar.

Şagirdlər “İnnovativ məktəb”lərdə tədris edilən Sahibkarlıq fənni zamanı öyrəndikləri bilik və bacarıqlar əsasında layihələr hazırlayıblar. Layihələr hakimlər heyəti tərəfindən problem həlli, yaradıcılıq, orijinallıq, təqdimat bacarıqları kimi kriteriyalar əsasında qiymətləndirilib.

Sonda bütün iştirakçılara sertifikatlar təqdim edilib və ən yüksək xal toplamış üç komanda mükafatlandırılıb.

Qeyd edək ki, artıq üç ildir davam edən “İnnovativ məktəb” layihəsinin əsas məqsədi şagirdləri gələcək həyatlarında qarşılaşacaqları çətinlikləri həll etmək üçün lazım olan XXI əsr bacarıqları ilə təmin etməkdir. Layihə hal-hazırda ölkə üzrə 12 məktəbdə həyata keçirilir. Layihə çərçivəsində 100-dən çox təhsil işçisi təhsildə liderlik və sahibkarlıq bacarıqları mövzusunda təlimlərə cəlb edilib.

Xəbər lenti