Logo

“Google sertifikatlı pedaqoq” layihəsinin icrasına başlanılıb

16.12.2024 10:16 133 baxış
IMG

VIII qrant müsabiqəsinin qalibi olan “Google sertifikatlı pedaqoq” layihəsinin icrasına başlanılıb.

TƏHSİL.BİZ xəbər verir ki, layihənin açılış tədbiri Bakı şəhəri 44 nömrəli tam orta məktəbdə baş tutub. Açılış tədbirində Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi, Gənc Xarici Dil Müəllimləri Birliyinin sədri Günay Əkbərova, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalının baş redaktor əvəzi Böyükağa Mikayıllı, Şərur rayonu üzrə Təhsil Şöbəsinin müdiri Əli Mehdiyev, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri və pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetin Məktəbəqədər təhsil fakültəsinin baş müəllimi, eyni zamanda universitetinin Təlim-Tədris Mərkəzinin direktoru Xalidə Musayeva çıxış edərək beynəlxalq sertifikasiyanın əhəmiyyətini və bu sahədə atılan addımlardan söz açıblar. Layihənin özəyini təşkil edən beynəlxalq sertifikasiyanın təhsilverənlərin həyatında vacib və lazımlı olduğu vurğulanıb.

Qeyd edək ki, 3 ay davam edən layihənin məqsədi təhsilverənlərin “Google Education”un təqdim etdiyi beynəlxalq səviyyədə tanınan sertifikatlaşdırma imtahanına qoşulmasını təmin edərək onların peşəkar bacarıqlarını yüksəltmək və onların “Google Sertifikatlı Pedaqoq” adını almalarına nail olmaqdır.

Layihə çərçivəsində keçirilən təlimlərdən ümumilikdə 30 müəllim faydalanacaq. Təlimlərdən sonra iştirakçılar “Google”un təklif etdiyi sertifikatları almaq üçün imtahanlara daxil olacaq. İmtahanda uğur qazanan müəllimlər "Google Certifited Educator" sertifikatı əldə edəcəklər.

Xatırladaq ki, layihə Bakı şəhəri 44 nömrəli tam orta məktəbin müəllimi Təranə Nuriyeva tərəfindən icra edilir.

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/16%20December%202024/7def19c5-fc76-430b-a55c-197318768bea_8pqJwoGbo3Brd89siNNabKjgCsCrqL1PTluvbSsS.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/16%20December%202024/87d20e07-35fc-49fd-a5a8-ab9148d69d04_XpvIOAZ3tbvw0B6AEv4H77N5Rt2iNdXZ9LRZRXYL.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/16%20December%202024/a42c5eb1-158b-4a6f-977e-ac1829fef003_KEPSyFS0KZkzKheXR1DCdS4XWTFRayWQMgLPtkl5.png
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/16%20December%202024/c71f30cc-d807-467c-97bb-b3e5e6c1756d_mdH6LlfO9BLtiQgFhLCrHslcbn4yNcRFn7oqTbgr.png
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/16%20December%202024/85786237-dbd5-450a-bd23-b9d19bd791c4_sBadhFErmUYFu02rn5TK4Gh8HRYmyCHO0GynVHpZ.png
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/16%20December%202024/a852b935-7285-4190-b902-12843433ff19_zsquqVAAItVOP2GcS2AtvLJeuE0zSw2aIw0fa3Ph.jpg

 

 

 


 

Xəbər lenti