Logo

Yaradıcı Media Məktəbinin növbəti təlimləri Şamaxıda keçirilib

16.12.2024 22:52 184 baxış
IMG

Yaradıcı Media Məktəbinin növbəti təlimləri Şamaxıda təşkil olunub. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Yaradıcı Mərkəzin dəstəyi ilə keçirilən proqram gənclərin yaradıcı potensialını artırmaq və rəqəmsal media alətlərindən peşəkar şəkildə istifadəni təşviq etmək məqsədi daşıyır.

Təlim proqramı “Mədəni və yaradıcı sənaye trendlərinin araşdırılması”, “Məqalə və ssenari yazısı, podkastlar, vizual hekayələr”, “Sosial media və rəqəmsal platformalarda effektiv strategiyalar”, “Analitik bacarıqlar, faktların dəqiqləşdirilməsi”, “Medianın əsasları: fotoqrafiya, videoqrafiya, montaj alətləri”, “Foto və videoçəkilişlər, montaj işləri” istiqamətlərini əhatə edir.

Təlimlərin bir hissəsi Yaradıcı Mərkəzdə baş tutub və iştirakçılar təcrübə proqramını Şamaxıda davam etdiriblər. Tələbələr nəzəri və praktiki mərhələlərdə öyrəndiklərini tətbiq edərək fərqli kontentlər hazırlayıblar.

Təlimlər peşəkar rejissor, videoqraf və fotoqraflar tərəfindən aparılıb.

Proqramın əsas hədəfi gənclərin hazırladıqları məzmunlara daha yaradıcı yanaşmanı təşviq etmək və rəqəmsal texnologiyaları praktik şəkildə tətbiq etmələrinə dəstək olmaqdır.

Təlimlər dekabrın 15-də başa çatıb.

Xəbər lenti