13 dekabr 2024-cü il tarixində Bakı Slavyan Universitetində Qərbi Avropa Dilləri fakültəsinin nəzdində yaradılan Oxu klubunun ilk görüşü keçirilib. Görüşün qonağı tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi olub.
Tədbirdə müəllifin “Aktrisa” əsəri təhlil edilib, tələbələrlə maraqlı müzakirələr aparılıb və onun yaradıcılığına dair videoçarx nümayiş etdirilib. Görüşdə Qərbi Avropa Dilləri, Xarici Dil Müəllimliyi, Təhsil, Şərqi Avropa Dilləri və Filologiya fakültələrinin, həmçinin Magistratura şöbəsinin tələbələri fəal iştirak ediblər. İlqar Fəhmi Oxu klubunun xatirə kitabına arzularını yazıb və öz kitablarını hədiyyə edib.