SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri növbəti uğura imza atıblar.
Bu barədə TƏHSİL.BİZ-ə BANM-dən məlumat verilib.
Biznesin idarə edilməsi ixtisasının IV kurs tələbəsi Murad Əliyev “SOCAR könüllüləri” qrupunda aktiv və səmərəli fəaliyyətinə görə təltif olunub. O, həmçinin Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumunda “İlin Könüllüsü” mükafatına layiq görülüb. Mükafatı gənclər və idman naziri Fərid Qayıbov təqdim edib.
Bununla yanaşı, neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbəsi Nərmin Əhmədzadə də sözügedən Forumda “Genişmiqyaslı tədbirlərdə könüllülük” nominasiyası üzrə təltif edilib.