Naxçıvan Dövlət Universitetinin əməkdaşları “Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistr hazırlığı” (#LMQS) layihəsi çərçivəsində təlimlərdə iştirak edib
“Erasmus+KA2” proqramı üzrə həyata keçirilən təlimlər AzTU və Naxçıvan Dövlət Universitetinin (NDU) akademik heyəti üçün təşkil olunub. Təlimlərdə NDU-nun Tibb fakültəsinin müəllimləri iştirak edib.
Təlimçilər rəqəmsal səhiyyə, səhiyyə xidmətləri sistemi və səhiyyə iqtisadiyyatı fənləri ilə bağlı akademik heyət üçün təqdimatlar edib. Bununla yanaşı, “Səhiyyə xidmətlərində keyfiyyət və risklərin idarə olunması” mövzusunda seminar keçirilib, Azərbaycan və Avropada səhiyyə xidmətlərinin təşkilinə dair fikir mübadiləsi aparılıb.
Təlimlər Azərbaycan Texniki Universitetində təşkil edilib və Yunanıstanın Qərbi Attika Universitetinin əməkdaşları professor Panos Yannakopoulos, dosent Georgios Vassilopoulos, dosent Konstantinos Vasalos və Aggeliki Liarigkovinou tərəfindən aparılıb.
Bəhman Hüseyn