Qərbi Kaspi Universitetində ali təhsilin akkreditasiyası və keyfiyyət ekspertizası üzrə FİBAA (Foundation for International Business Administration Accreditation) agentliyinin nümayəndələri ilə görüş keçirilib.
Qərbi Kaspi Universiteti 5 ixtisasının beynəlxalq akkreditasiyası üçün Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Assosiasiyasının (ENQA) üzvü, Almaniyanın ali təhsilin akkreditasiyası və keyfiyyət ekspertizası üzrə beynəlxalq agentliyi FİBAA ilə müqavilə imzalayıb.
Görüşdə FIBAA-nın icraçı direktoru Diane Freiberger və Beynəlxalq Akkreditasiya Prosesləri üzrə şöbə müdirinin müavini Yuliia Bleshmudt iştirak ediblər.