Logo

Firudin Qurbanov: Uşaqlar dövlətin sərvətidir

17.12.2024 11:21 98 baxış
IMG

"Uşaqlar dövlətin sərvətidir. Çünki istedadlı uşaqlar istənilən ölkənin gələcəyinin təminatçısıdırlar".

TƏHSİL.BİZ xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Qalib ölkənin qalibləri 2024" yarışmasının mükafatlandırma mərasimində deyib.

Nazir müavini bildirib ki, bu gün gənclərin istedadının göstərilməsi və inkişaf etdirilməsi üçün hər cür şərait yaradılır:

"Siz bacarıqlarınızı ölkənin iqtisadiyyatını müəyyən edən sahələrdə tətbiq edərək, dövlətimizin inkişafını təmin edəcəksiniz. Hər bir gəncdə istedad var, sadəcə onu görmək lazımdır".

Firudin Qurbanov hər il Respublika fənn olimpiadalarında kifayət qədər istedadlı şagirdin iştirak etdiyini və aşağı siniflərdə təhsil alanların olimpiada mərkəzlərinə cəlb olunduqlarını qeyd edib.

"Bu gün çox geniş imkanlar yaradılıb. Təhsil yeni müstəvidədir. Əvvəllər məktəbi bitirəndə aldığın bilik ömrünün axırına qədər bəs edə bilərdi, amma müasir dövrdə belə deyil. Çünki texnologiyalar sürətlə inkişaf edir. Bunun üçün də daim öz üzərində işləmək, bacarıqları təkmilləşdirmək lazımdır".

Xəbər lenti