UNICEF Azərbaycan və Elm və Təhsil Nazirliyinin əməkdaşlığı ilə keçirilən “STEAM vasitəsilə yaşıl bacarıqlar” layihəsi yekunlaşıb.
TƏHSİL.BİZ xəbər verir ki, layihə Azərbaycanın müxtəlif bölgələrindən olan 240-dan çox 10-17 yaşlı gəncləri əhatə edib.
Layihə iştirakçılarına Ağdaş, Gəncə, Quba, Lənkəran, Mingəçevir, Şirvan, Şəmkir və Zaqatalada yerləşən STEAM mərkəzlərində iqlim və digər sahələr üzrə mütəxəssislər tərəfindən təlimlər keçirilib.
Qeyd edək ki, layihənin məqsədi uşaq və yeniyetmələr arasında iqlim dəyişmələri barədə məlumatlılığı artırmaq və ekotexnoloji bacarıqları inkişaf etdirmək olub.