Logo

Naxçıvan Dövlət Universitetində Peşəkar Mühasib Sertifikatı təlimi keçirilib

16.12.2024 15:56 102 baxış
IMG

Naxçıvan Dövlət Universitetində keçirilən tədbirdə “Peşəkar Mühasib Sertifikatı”nın əhəmiyyəti və vacibliyi geniş müzakirə mövzusu olub. Tədbirdə universitetin İqtisadi məsələlər üzrə rektor müşaviri Ülvi Baxışlı çıxış edərək, bu sertifikatın müasir əmək bazarında ixtisaslı mühasiblərə olan tələbatın ödənilməsi baxımından vacib olduğunu vurğulayıb. O, imtahanın təşkili metodologiyasından danışaraq, prosesin şəffaflıq və obyektivlik prinsipləri əsasında həyata keçirildiyini bildirib.

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Magistratura, Peşəkar Mühasib Sertifikatı və ali təhsil üzrə digər imtahanlar sektorunun böyük məsləhətçisi Faiq Abdullayev tədbirdə iştirak edərək, peşəkar mühasib anlayışı və bu sahəyə olan tələblər barədə ətraflı məlumat verib. O, həmçinin Peşəkar Mühasib Sertifikatının növləri, PMS imtahanlarında istifadə olunan test tapşırıqlarının say bölgüsü, hazırlanması və təşkil metodologiyası ilə bağlı tələbələrə geniş məlumat təqdim edib.

 

 

 

 

 

 


 

Xəbər lenti