Logo

“ADPU SABAH 1” komandası Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfinalında iştirak edib

17.12.2024 15:22 92 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetin SABAH qruplarının tələbələri Gürcüstanın paytaxtı Tbilisi şəhərində Gürcüstan Milli Universitetinin bazasında keçirilən 49-cu ICPC - Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında (komanda və fərdi) iştirak ediblər.

Bu barədə TƏHSİL.BİZ-ə universitetdən məlumat verilib.

Müsabiqənin Azərbaycan üzrə təsnifat mərhələsində 23 ali təhsil müəssisəsindən ümumilikdə 174 komanda iştirak edib. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, Bakı Mühəndislik Universiteti və ADA Universitetinin təşkilatçılığı ilə Bakı Mühəndislik Universitetində keçirilmiş dörddə bir final mərhələsində (XX Azərbaycan Birinciliyi) 22 ali təhsil müəssisəsindən 51 komanda iştirak edib.

Müsabiqənin dörddə bir final mərhələsində komandalara 5 saat ərzində 14 alqoritmik məsələni C, C++, “Java” və ya “Python” proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Həllər avtomatik qiymətləndirmə sistemi ilə qiymətləndirilib.

Dörddə bir finalın nəticələrinə əsasən, “ADPU SABAH 1” komandası (Yaqub Xəlilli, Röyal Adgözəlov, Fidan Həsənzadə, Etibar Seyidzadə (məşqçi) və Əlmusa Atamaliyev (həmməşqçi) müəllimlik ixtisasları üzrə Azərbaycan və Cənubi Qafqazdan çempionatın yarımfinal mərhələsinə vəsiqə qazanan yeganə komanda olub.

 

Xəbər lenti