Logo

“Riyaziyyatı sevmək öyrənmənin təməl daşıdır” layihəsinin icrasına başlanılıb

18.12.2024 10:22 96 baxış
IMG

“Riyaziyyatı sevmək öyrənmənin təməl daşıdır” layihəsinin icrasına başlanılıb.

TƏHSİL.BİZ  xəbər verir ki, Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib olmuş “Riyaziyyatı sevmək öyrənmənin təməl daşıdır” layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə Qax rayonu üzrə Təhsil Sektorunun nümayəndələri, məktəb rəhbərləri, müəllimlər və valideynlər iştirak edib. Layihə rəhbəri Nurlanə Əzimova tərəfindən layihənin ilkin təqdimatı həyata keçirilib, layihə üzrə görüləcək işlər, layihənin davamlılığı, təhsil perspektivləri və əldə olunacaq nəticələr barədə məlumatlar təqdim edilib.

Layihə çərçivəsində Qax şəhər 4 nömrəli tam orta məktəbdə 2, 3 və 4-cü sinif şagirdlərinin riyaziyyat fənninə marağını artırmaq və onları texnologiyadan istifadə edərək müstəqil öyrənməyə həvəsləndirmək məqsədilə Khan Academy platforması əsasında dərslər keçiriləcək. Layihə müddətində şagirdlər həftədə bir dəfə, xüsusi tədris planı əsasında hazırlanmış 45 dəqiqəlik dərslərə qatılacaq. Tədris prosesi həm sinif daxilində, həm də dərsdənkənar fəaliyyətlərlə dəstəklənəcək, şagirdlərin əldə etdiyi nəticələr hər yarım ilin sonunda xüsusi qiymətləndirmələrlə ölçüləcək. Layihə boyu Qax rayonu üzrə Təhsil Sektorunun və valideynlərin dəstəyini artırmaq məqsədilə müxtəlif təqdimatlar və yekun konfranslar təşkil ediləcək. Nəticələr təhlil edilərək hər şagird nailiyyətinə görə diplomla təltif olunacaq.

Xatırladırıq ki, “Riyaziyyatı sevmək öyrənmənin təməl daşıdır” adlı layihə Qax şəhər 4 nömrəli tam orta məktəbdə Nurlanə Əzimova tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi, şagirdlərin riyaziyyat fənnini daha dərindən və həvəslə öyrənmələrinə imkan yaratmaq və onların təhsil nailiyyətlərini artırmaqdır.

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/18%20December%202024/39d5502a-0069-4811-b415-851acb293418_3aigJnpHgfJtGhUe5HOXVkEPk0l5Ge4nkxm7szKr.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/18%20December%202024/96a11314-e69c-4e25-84b2-075588d6c353_8E5ooqZRxDZWYTKM2aZNMftsDMf3PzZjHg0MbNGY.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/18%20December%202024/67406e15-436b-46c4-af4a-a52aa6e36c9f_33Gudfp2E6V6N5ooTwlXUyITZV3kQIbWiSWIGfks.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/18%20December%202024/42f91ac9-6f44-49c5-9fca-c936731873b4_NuHZgIIQ6PLyZ0cppdAR7gaJLfwCjBwuN09N8fhi.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/18%20December%202024/4b790f6e-fb69-4be3-8ea4-9ec70e198be6_sVmxOVg1WeyHiKCsk159h6ivXTQOBSxpt7WcvDgV.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/18%20December%202024/96443d63-8e5d-4e98-bc77-d3f4d53da4b1_W2T1aP7eCe1yYpAdYmmRAv8X4q7BF8cis7bV0t9n.jpg

 

 

 


 

Xəbər lenti