Logo

BMU-da kibertəhlükəsizlik üzrə yarış keçirilib

23.12.2024 12:26 68 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) tələbələr arasında kibertəhlükəsizlik üzrə CTF (Capture The Flag) yarışı keçirilib.

Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, CyberIN Academy və BMU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə əməkdaşlığı, eləcə də dəstəyi ilə baş tutan tədbirin açılışında universitetin İnformasiya və kompüter texnologiyaları fakültəsinin dekanı Vaqif Qasımov informasiya təhlükəsizliyi sahəsində ali təhsil ocağında yüksək ixtisaslı mütəxəssis hazırlığı məqsədilə həyata keçirilən mühüm tədbirləri qeyd edib. Müasir dövrün ən aktual problemlərindən sayılan kibertəhlükəsizliklə bağlı biliklərin artırılmasının vacibliyini söyləyən dekan bu baxımdan təşkil edilən yarışın tələbələr üçün faydalı olacağını vurğulayıb.

Kibertəhlükəsizlik və kompüter mühəndisliyi kafedrasının müdiri Cabir Məmmədov da yarışın əsas məqsədinin tələbələrin kibertəhlükəsizlik sahəsində nəzəri biliklərini praktiki bacarıqlarla zənginləşdirmək, gələcək fəaliyyətlərində rast gəlinə biləcək kibertəhlükəsizlik problemlərinin həlli üzrə səriştələr aşılamaq və analitik düşünmə qabiliyyətlərini artırmaqdan ibarət olduğunu bildirib.  

STF yarışı zamanı iştirakçılar Kibertəhlükəsizlik laboratoriyasının imkanlarından istifadə etməklə onlara təqdim olunmuş müxtəlif kiberhücum və müdafiə tapşırıqlarını yerinə yetirib, öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

Yarışın sonunda I, II, III yerləri qazanan tələbələrə sertifikatlar və hədiyyələr təqdim olunub.

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/23%20December%202024/4156f2ca-0fb1-48ad-ae93-cb8d3ea36bdf_2-kib.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/23%20December%202024/0c1c7ad7-5cf7-4166-83bd-268fdb4545a8_3-kib.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/23%20December%202024/60c06cc5-92b5-441a-b9b1-0dba11de4ac7_4-kib.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/23%20December%202024/e28caed0-00d6-40c7-85ce-2d7cb24ea5f2_5-kib.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/23%20December%202024/6da1441c-b2c2-4d9d-b621-2ad6a7eb0d6a_6-kib.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/23%20December%202024/54689476-be7c-4c72-81b8-d46dce68110f_7-kib.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/23%20December%202024/b11486f1-543b-48fa-85c4-4cd8ecee9624_8-kib.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/23%20December%202024/71ba4027-f983-4766-bf79-368c0e0ba5a0_9-kib.jpg

 

 

 


 

Xəbər lenti