Logo

Bakıda 191 məktəbdə “Məktəblinin dostu” layihəsi fəaliyyət göstərir

23.12.2024 17:03 56 baxış
IMG

“Məktəblinin dostu” layihəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 191 təhsil müəssisəsini və 380 000 şagirdi əhatə edir.

Bu barədə TƏHSİL.BİZ -ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, həmin müəssisələrdə layihənin 206 əməkdaşı çalışır.

2024-cü təqvim ili ərzində layihə çərçivəsində təhlükəsizlik, sağlamlıq, sosial-emosional mövzulara dair tədbirlər və xüsusi günlərə həsr olunmuş təlimlər keçirilib.

Layihənin məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdən ibarətdir.


 

Xəbər lenti