Logo

Şagirdlər Azərkosmosa ekskursiya ediblər

10.02.2025 09:58 95 baxış
IMG

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olmuş ""Yeni Qalaktika" Makerthon 2024" layihəsi çərivəsində baş tutan ekskursiyada şagirdlər mərkəzi gəzərək, akt zalında mərkəzin əməkdaşlarının təqdimatını dinləyərək Azərkosmos ASC-nin yaranma tarixi, fəaliyyəti, gələcək planları ilə tanış olublar. 

TƏHSİL.BİZ xəbər verir ki, müəllim və şagirdlər ekskursiyanın sonunda “Tusi-Bohm Planetarium”da “Kainata doğru” sənədli filmini izləyiblər. Ekskursiyadan qayıdan şagirdlər topladıqları materiallardan videoçarx hazırlayıb təqdim ediblər.

Qeyd edək ki, məqsədi şagirdlərə astronavtika məzmunlu mühəndislik-dizayn həllərini proqramlaşdırma ilə inteqrasiyalı şəkildə öyrətmək, onların irəliləyişlərinə təkan verəcək makerthon formatında məşğələ və yarışları təşkil etmək, bu bacarıq və vərdişləri STEAM əsaslı müxtəlif yerli və beynəlxalq müsabiqələrdə sınamaq olan layihə Cəlilabad rayonu Günəşli kənd Əfilağa Həsənov adına 2 nömrəli tam orta məktəbdə məktəbin coğrafiya müəllimi Rəna Cananova tərəfindən icra olunur.

 

 

 

 


 

Xəbər lenti