Logo

1000 məktəbdə metodiki fəaliyyət təşkil olunacaq

06.02.2025 15:49 88 baxış
IMG

Ötən il ərzində metodik xidmətin yenidənqurulması istiqamətində görülmüş işlər açıqlanıb. 

TƏHSİL.BİZ -in məlumatına görə, elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib ki, sertifikasiya balı yüksək olan müəllimlər arasından metodistlərin seçilməsi və təlimləndirilməsi həyata keçirilib. 

Metodiki xidmətin təşkil olunduğu məktəblərin sayı 96-ya çatdırılıb. 96 məktəbdə 1 080 metodiki görüş təşkil edilib. Bundan başqa, 5 840 dərsdinləmə həyata keçirilib. 59 nəfər qiymətləndirmə metodisti üçün sinqapurlu təlimçilər tərəfindən təlim keçirilib.

Nazir həmçinin qeyd edib ki, 2026-cı ilin sonunadək ölkədə 1000 məktəbdə metodiki fəaliyyətin təşkili və hər bir regionda metodik dəstək qruplarının formalaşdırılması nəzərdə tutulur.


 

Xəbər lenti