Logo

Mingəçevirdə dərs zamanı məktəbli vəfat edib

05.02.2025 14:32 232 baxış
IMG

Bu gün səhər saatlarında Mingəçevir şəhər İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Yusifov Yusif Yaşar oğlunun halı pisləşib. Dərhal təhsil müəssisəsinə təcili tibbi yardım briqadası çağırılıb lakin təcili yardım gələnədək şagird vəfat edib.

TƏHSİL.BİZ  xəbər verir ki, məktəblinin hansı səbəbdən vəfat etməsi ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara məlumat verilib.

İlkin ehtimala əsasən şagird əvvəl ürək əməliyyatı olunub və bu səbəbdən dünyasını dəyişib.


 

Xəbər lenti