Logo

MDU-da Özünütəhlil hesabatını hazırlamaq üçün yaradılan təşkilat komissiyasının növbəti iclası keçirilib

10.02.2025 10:53 64 baxış
IMG

Mingəçevir Dövlət Universitetində (MDU) 2025-ci ildə nəzərdə tutulan institusional akkreditasiya üzrə Özünütəhlil hesabatını hazırlamaq üçün yaradılan təşkilat komissiyasının növbəti iclası keçirilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, iclasda universitet rəhbərliyi, kafedra və şöbə müdirləri, tyutorlar iştirak ediblər.

MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalov çıxışında Nazirlər Kabineti tərəfindən 2010-cu il 28 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiya Qaydaları”nda nəzərdə tutulan tələblər və meyarlar haqqında danışaraq, görüləcək işlərin vaxtında yerinə yetirilməsinin vacibliyini qeyd edib. Həmçinin hazırlanacaq Özünütəhlil hesabatının və ona əlavə edilməli olan sənədlərin mövcud qaydaların tələblərinə uyğun şəkildə tərtib olunmasını komissiya üzvlərinin nəzərinə çatdırıb.

Sonra komissiya üzvləri görülən işlər haqqında məlumat verib və görüləcək işlərin istiqamətləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Xəbər lenti