Logo

Dərsdə halı pisləşən 15 yaşlı şagird öldü

05.02.2025 15:50 46 baxış
IMG

Mingəçevir İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbdə dərs zamanı halı pisləşən şagird ölüb.

Tehsil.biz-in məlumatına görə, 2010-cu il təvəllüdlü Yusif Yusifov 1 ay əvvəl ürək əməliyyatı keçiribmiş.

Bu gün dərsdə Y.Yusifovun halı qəfil pisləşib. Təcili tibbi yardım briqadası vasitəsilə xəstəxanaya aparılan şagirdin həkiməqədər ölümü baş verib.

Xəbər lenti