Logo

Builki sertifikatlaşdırmada hansı fənn müəllimləri iştirak edəcək? – Nazir açıqladı

06.02.2025 15:23 114 baxış
IMG

Azərbaycanda bu il və gələn il ərzində hansı fənn müəllimlərinin sertifikatlaşdırılmaya cəlb ediləcəyi açıqlanıb. 

TƏHSİL.BİZ  xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə məlumat verib.

O deyib ki, bu il biologiya, kimya, fizika, coğrafiya, informatika, gələn il isə tarix, texnologiya, musiqi, təsviri incəsənət, fiziki tərbiyə müəllimləri sertifikatlaşdırılmaya cəlb ediləcək.

2026-cı ilin sonunadək bütün fənlər üzrə əlavə 40 min nəfər müəllim sertifikatlaşdırılma prosesinə cəlb olunacaq.

Xəbər lenti