Logo

Macarıstan gənc tədqiqatçılar və yeni məzunlar üçün təqaüd proqramı elan edir

06.02.2025 10:39 26 baxış
IMG

Macarıstan Beynəlxalq Münasibətlər İnstitutu (HIIA) gənc tədqiqatçılar və yeni məzunlar üçün beynəlxalq münasibətlər sahəsi üzrə “Gələcək liderlər proqramı” çərçivəsində tədqiqat təqaüd proqramı elan edir.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən TƏHSİL.BİZ -ə bildirilib ki, təqaüd proqramı martın 31-dən iyunun 30-dək davam edəcək.

Proqrama müraciətlər fevralın 10-dək qəbul ediləcək.

Təqaüd proqramı barədə ətraflı məlumatı linkdən əldə etmək olar.

Xəbər lenti