Logo

Nazir: 2025-2026-cı tədris ili üçün Qarabağ Universitetində təxminən 1500 tələbənin təhsilə başlaması hədəflənir

06.02.2025 16:07 88 baxış
IMG

2025-2026-cı tədris ili üçün Qarabağ Universitetində təxminən 1500 tələbənin təhsilə başlaması hədəflənir.

TƏHSİL.BİZ xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirilən brifinqdə deyib. O bildirib ki, universitetdə ali təhsilin bütün pillələri (bakalavriat, magistratura, doktorantura) üzrə fəaliyyət nəzərdə tutulur: “Qarabağ Universitetində təxminən 10-12 fakültə fəaliyyət göstərəcək. Ümumilikdə 10 minə yaxın tələbə və tədqiqatçının universitetdə təhsil alması planlaşdırılır. Həmçinin, ali məktəbdə Tibb fakültəsinin yaradılması nəzərdə tutulur”.

Xəbər lenti