“Azərbaycan təhsilinin problemi odur ki, müəllimlərin maaşı saathesabı ilə ödənilir”.
TƏHSİL.BİZ xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, müəyyən vaxtdan sonra saathesabı ləğv edilib müəllim vəzifəsi tam ştatlı iş yerinə çevrilsə, dönüş nöqtəsinə gəlib çatmaq olar:
“Qarabağ Universitetində müəllimin əməkhaqqı dərs saatına bağlı deyil, onun tədris etdiyi kursun sayına bərabərdir. Bu dəyişiklik ediləndən sonra çeviklik artacaq. Tətbiqi bakalavr ixtisaslarının Azərbaycan qanunvericliyində öz əksini tapmasından sonra bu tipli dəyişikliklərə gediləcək. Amma hazırda prioritetimiz bu deyil”.