İcmaəsaslı Təlim Qrupları layihəsi çərçivəsində ölkə üzrə ümumilikdə 886 icma mərkəzi fəaliyyət göstərir.
TƏHSİL.BİZ xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirilən brifinqdə deyib. O bildirib ki, layihə çərçivəsində 1177 təlim qrupu təşkil edilib: “1046 müəllim icmaəsaslı təhsil prosesinə cəlb olunub. 19 min 251 uşaq bu qruplarda təhsil alır. Eyni zamanda, Şuşa şəhərində də 2 icmaəsaslı qrup yaradılıb və 26 uşaq təhsilə cəlb edilib. Layihə xüsusilə məktəbəqədər yaş qrupunda olan uşaqların erkən təhsilə çıxışını artırmağı hədəfləyir və ucqar bölgələrdə təhsilə əlçatanlığı genişləndirmək baxımından mühüm əhəmiyyət daşıyır”.