2026-cı ilin sonuna qədər 1000 məktəbdə metodik fəaliyyətin təşkili və hər bir regionda metodik dəstək qruplarının formalaşdırılması nəzərdə tutulur.
TƏHSİL.BİZ xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirilən brifinqdə deyib. O bildirib ki, yeni modelə əsasən, metodik xidmət strukturu səviyyələrdən ibarət olacaq:
- Metodik Dəstək Mərkəzi – ümumi koordinasiya və strateji inkişaf mərkəzi;
- Ölkə səviyyəli metodistlər (baş metodistlər) – milli səviyyədə təhsilin keyfiyyətinin artırılmasına dəstək verəcək;
- Region səviyyəli metodistlər (aparıcı metodistlər) – bölgələr üzrə metodik işlərin təşkili və icrasına nəzarət edəcək;
- Məktəb səviyyəli metodistlər (metodistlər) – məktəblərdə müəllimlərin metodik inkişafına və tədris keyfiyyətinin yüksəldilməsinə cavabdeh olacaq.
Nazir bu addımların təhsil sistemində müəllimlərin metodik dəstəklənməsini gücləndirəcəyini və şagirdlərin daha keyfiyyətli təhsil almasına şərait yaradacağını söyləyib.