Logo

Şərqşünaslıq İnstitutunun əməkdaşı Nyu-Yorkda keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış edib

04.02.2025 23:01 32 baxış
IMG

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi dosent Teymur Sadıqov ABŞ-da keçirilən XI Beynəlxalq Nyu-York konfransında məruzə ilə çıxış edib.

Şərqşünaslıq İnstitutundan Tehsil.biz-ə bildirilib ki, dilçi alimin məruzəsi “Ərəb və ibri dillərində bitişən əvəzliklərin müvafiq qaydalara uyğun olaraq isim və ön qoşmalarla işlənməsi” mövzusunu əhatə edib.

Qeyd edək ki, ənənəvi olaraq keçirilən bu elmi platformaya dünyanın 20-dən çox ölkəsindən dəyərli elm adamları, tədqiqatçılar qatılıb.

Xəbər lenti