Logo

Nazir: Metodik xidməti olan məktəblərin sayının 96-ya çatdırılması planlaşdırılır

06.02.2025 15:47 34 baxış
IMG

2021-ci ildə metodik kabinetlərin diaqnostikası və metodik dəstək modelinin araşdırılması həyata keçirilib. 2022-ci ildə müasir tələblərə uyğun metodistlərin hazırlanması və məktəb bazalarında metodik xidmətin tanınması istiqamətində işlər aparılıb.

TƏHSİL.BİZ  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirilən brifinqdə deyib. O bildirib ki, bu çərçivədə 60 nəfər metodist seçilib, lakin onların fəaliyyəti məktəblərdə tam reallaşdırılmayıb: “2023-cü ildə isə bu proses daha da genişləndirilib. 150 nəfər metodistin hazırlanması baş tutub, 45 məktəbdə ibtidai təhsil səviyyəsi üzrə metodik xidmət təşkil olunub. Sertifikatlaşdırma balı yüksək olan müəllimlər arasından metodistlər seçilib və onların təlimləri həyata keçirilib.

2025-ci il üçün isə metodik xidməti olan məktəblərin sayının 96-ya çatdırılması, 180 metodistin görülən təşkili və 5840 dərsin keçirilməsi planlaşdırılır. Bundan əlavə, yeni qiymətləndirmə metodikasının sınaq tətbiqi 59 nəfər müəllim və 143 məktəbdə başlanacaq”.

Xəbər lenti