Logo

Bakı Slavyan Universitetinin rektoru və bir qrup əməkdaşı “Birgə və Sağlam” İctimai Birliyinin rəhbərliyi ilə görüş keçirilib

07.02.2025 14:24 25 baxış
IMG

Görüş zamanı BSU-nun rektoru Anar Nağıyev BSU-nun Strateji İnkişaf Proqramından irəli gələn məsələlər o cümlədən BSU-nun inklüziv təhsil üzrə strategiyası və 2025-ci il üçün fəaliyyət planında nəzərdə tutulan müvafiq fəaliyyətlərə dair geniş məlumatlar verib.

BSU və “Birgə və Sağlam” İctimai Birliyi arasında imzalanmış Anlaşma memorandumuna uyğun fəaliyyətin genişlənməsi, bu istiqamətdə aparılan işlər, təlimlər, seminarlar və bu kimi digər maarifləndirici və öyrənmə tədbirlərinin əhatəsinin genişləndiyinnən öz məmnunluğunu ifadə edib.

“Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova “Birgə və Sağlam” İctimai Birliyi və Autizm Mərkəzinin fəaliyyəti, görülən işlər o cümlədən təhsil istiqamətində öyrənmə, təlim və təcrübənin təşkili istiqamətindəki fəaliyyətin genişlənməsindən geniş söz açmış, Autizm Mərkəzinin üzvlərinin müxtəlif strukturlarda məşğulluğunun təmin olunduğunu nəzərə çatdırıb.

Görüş zamanı BSU və “Birgə və Sağlam” İctimai Birliyi arasında fəaliyyətin bundan sonrakı perspektivləri müzakirə olunub, həmçinin fevral-aprel ayları üçün planlaşdırılmış fəaliyyətlərin detalları müzakirə edilib. Qərara alınıb ki, fəaliyyətlərin birgə təşkili və birgə fəaliyyət planları üzərindən fəaliyyət təşkil olunub davam etdirilsin. BSU-da inklüziv təhsil və inklüzivliyin Universitetin strateji dəyərinə çevrildiyi bir daha vurğulanaraq, universitetin inklüziv təhsilə və tədqiqatlara dəstək məqsədi ilə inklüziv təhsilin tədqiqatları eləcə də dayanıqlı inkişafın təmin olunması ilə bağlı qarşıda nəzərdə tutulan planlar barəsində fikir mübadiləsi aparılıb.

 Görüş “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən yaradılmış və Azərbaycanın ilk və yeganə inklüziv kafesi olan Kaşalata kafesində baş tutub.

Xəbər lenti