Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 2 ümumtəhsil müəssisəsi üçün bu il yeni binanın istifadəyə verilməsi nəzərdə tutulub.
İdarədən TƏHSİL.BİZ -in sorğusuna cavab olaraq bildirilib ki, həmin müəssisələr 520 yerlik Sabirabad rayonu Quruzma kənd tam orta məktəbi və 624 yerlik Saatlı rayonu Nabatkənd kənd tam orta məktəbidir.
Qeyd olunub ki, son iki il ərzində Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyindəki 2 müəssisədə əsaslı təmir işləri həyata keçirilib, 4 məktəb üçün yeni bina tikilib.