Logo

Naxçıvanda XI siniflər üzrə qiymətləndirmə monitorinqi keçiriləcək

06.02.2025 12:25 32 baxış
IMG

Naxçıvanda XI siniflər üçün buraxılış imtahanları modelinə uyğun növbəti qiymətləndirmə monitorinqi keçiriləcək.

TƏHSİL.BİZ  xəbər verir ki, bu barədə Naxçıvan MR Təhsil Nazirliyi məlumat yayıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 15 fevral 2025-ci il tarixində şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi məqsədilə XI siniflər üçün buraxılış imtahanları modelinə uyğun olaraq növbəti buraxılış qiymətləndirmə monitorinqi keçiriləcək.

Monitorinq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə edilərək təşkil olunacaq.

Qeyd edək ki, təşkil olunacaq növbəti monitorinq 2024-2025-ci tədris ilində keçiriləcək üçüncü buraxılış qiymətləndirmə monitorinqidir.

Xəbər lenti