Logo

BSU-da Universitetin rəqəmsallaşma və beynəlmillələşmə strategiyaları çərçivəsində həyata keçirilən fəaliyyətlərə dair müzakirə keçirilib

07.02.2025 14:21 74 baxış
IMG

Fevralın 6-da Bakı Slavyan Universitetində (BSU) rektor Anar Nağıyevin rəhbərliyi ilə universitetin rəqəmsallaşma və beynəlmillələşmə strategiyaları çərçivəsində həyata keçirilən fəaliyyətlərə dair müzakirə keçirilib.

Təqdimat çərçivəsində Rəqəmsallaşma və Keyfiyyətin Təminatı Mərkəzinin direktoru Zümrüd Yolçuyeva çıxış edərək universitetin “Rəqəmsal BSU” layihəsi çərçivəsində formalaşdırılmış müəllim və tələbə modullarının vəziyyəti, 2024-2025-ci tədris ilindən etibarən bir fakültə üzrə həyata keçirilən pilot tətbiqin nəticələri barədə məlumat verib.

Pilot tətbiqin müsbət nəticələri nəzərə alınaraq, növbəti semestrdən etibarən modulların digər fakültələrdə də tətbiq olunması və onların monitorinqinin davam etdirilməsi qərara alındı.

“Rəqəmsal BSU” layihəsinin həyata keçirilməsi universitetin rəqəmsal transformasiya strategiyasının tərkib hissəsi olmaqla, tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə və təhsil müəssisəsində idarəetmənin effektivliyinin artırılmasına mühüm töhfə verməyi hədəfləyir.

Eyni zamanda, görüşdə BSU-nun beynəlmillələşmə siyasətinə dair fəaliyyət, qarşıda duran məsələlər, əldə edilən nəticələrlə bağlı fikir mübadiləsi aparılıb.

Tədbirdə Beynəlxalq əlaqələr üzrə prorektor Aytən Bayramova təqdimatla çıxış edərək, müxtəlif beynəlxalq reytinq sistemləri, onların metodologiyaları və ali təhsil müəssisələrinin bu sistemlərdə mövqelərinin müəyyən edilməsi mexanizmləri barədə ətraflı məlumat verib.

Universitetin beynəlmilləşməsi, beynəlxalq layihələrdə və qlobal reytinq sıralamalarında mövqeyi də təhlil edilib.

Xəbər lenti