Müasir təhsil sistemi yeni pedaqoji düşüncə tərzinin formalaşmasını tələb etdiyindən, həyata keçirilən köklü islahatlar təhsilin bütün pillə və səviyyələrində elmi-pedaqoji fikrin məhsulu olan nəzəri-pedaqoji məsələlərin təhsil işçilərinə çatdırılmasını aktuallaşdırıb. Bunu nəzərə alaraq, “Azərbaycan məktəbi” jurnalı təhsilimizin fəlsəfəsi, idarə olunması, qabaqcıl təcrübənin öyrənilməsi, müəllimlərə metodik dəstəyin göstərilməsi, milli təlim-tərbiyə nəzəriyyəsinin formalaşdırılması, təhsilin dünyada qəbul olunmuş nəzəri və konseptual məsələlərinə aid məqalələrin dərc olunmasına üstünlük verir.
Jurnal təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, monitorinq, qiymətləndirmə, kurikulum, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, respublikamızda təhsil sahəsində həyata keçirilən dövlət proqramlarının məramı və məzmunu, təhsilverənlərin sertifikatlaşdırılması, habelə pedaqogika, psixologiya elmlərinin ən son nailiyyətləri ilə bağlı məqalələrlə yanaşı, jurnalın Nizamnaməsinə uyğun olaraq, ümumi təhsil pilləsində tədris olunan fənlər üzrə yeni yanaşma, yeni mühakimə tələb edən orijinal məqalələr qəbul edir.
Müəlliflər məqalələrini aşağıdakı elektron poçt ünvanlarına göndərə bilərlər:
[email protected]
[email protected]
Qeyd edək ki, “Azərbaycan məktəbi” jurnalında məqalə çapı üçün ödəniş tələb olunmur.