Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin magistr tələbəsi Ramazan Həbibov özünün diplom müdafiəsini vizual moda nümayişi ilə təqdim edib.
Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, “Futurizmin Təkamülü – Müasir İncəsənət və Modaya Təsiri” mövzusundakı diplom işində həmçinin süni intellekt və innovasiyalardan istifadə olunub.