Logo

2030-cu ilə qədər əmək bazarı və gələcəyin iş bacarıqları

12.02.2025 08:33 64 baxış
IMG

Texnologiyanın inkişafı və sürətlə dəyişən qlobal iqtisadiyyat gələcəyin iş dünyasını formalaşdırır. 

TƏHSİL.BİZ  “University World News” portalına istinadla xəbər verir ki, 2030-cu ilə qədər iş yerlərində avtomatlaşdırma və süni intellektin rolu daha da artacaq. Bu da insanlardan yeni bacarıqlar tələb edəcək. Gündəlik və təkrarlanan işlərin avtomatlaşdırılması nəticəsində yaradıcılıq, kritik düşünmə və problem həll etmə bacarıqları daha çox ön plana çıxacaq. 

Eyni zamanda, əmək bazarında emosional intellekt və ünsiyyət bacarıqları mühüm rol oynayacaq. İnsan-cihaz əməkdaşlığı genişlənəcək və texnologiyanın effektiv idarə edilməsi üçün əməkdaşlıq və uyğunlaşma qabiliyyətləri əhəmiyyət qazanacaq. Distant iş modellərinin yayılması ilə çeviklik və fərdi inkişafın davamlılığı da önəmli olacaq. 

Yeni dövrün iş bazarında müvəffəqiyyət qazanmaq üçün insanların daimi öyrənməyə və yeni bacarıqlar qazanmağa açıq olmaları vacibdir. Gələcəyin iş dünyasında rəqabətədavamlı olmaq istəyənlər dəyişikliklərə uyğunlaşmalı və yeni texnologiyaları mənimsəməlidirlər. 

Xəbər lenti