Bu ayın sonunda şagirdlərin elektron yerdəyişməsi sistemi yenidən aktiv ediləcək.
TƏHSİL.BİZ xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yaxın günlərdə Sumqayıt şəhəri və Abşeron rayonunda birinci sinfə qəbul üzrə üstünlük hüququ olan məktəblərin siyahısı elan ediləcək:
“Sıxlıq olan ərazilərdəki məktəblərə ora yaxın ərazilərdə yaşayan uşaqların qəbulundan sonra yer qalarsa, digər uşaqlar üçün də qəbul elan ediləcək. Valideynlər indidən məktəb seçiminə başlasınlar", – deyə o qeyd edib.