Logo

Əxlaqsız paylaşımlar edən müəllim həbs olundu

12.02.2025 11:18 117 baxış
IMG

Sosial şəbəkələrdə əxlaqsız paylaşımlar edən şəxs məsuliyyətə cəlb edilib.

TƏHSİL.BİZ -in əldə etdiyi məlumata görə, 1971-ci il təvəllüdlü S.Səfərov (şərti) barəsində fevralın 11-də Xəzər RPİ-nin 2-ci Polis Şöbəsində inzibati protokol tərtib edilib. Saxlanılan şəxs Xəzər Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə S.Səfərova 15 sutka inzibati həbs cəzası verilib.

Qeyd edək ki, həbs edilən şəxs Sabunçu rayonunda yerləşən 10 saylı Musiqi Məktəbinin müəllimidir.

Xəbər lenti