Bu il Azərbaycanda iki yeni idman məktəbi istifadəyə veriləcək.
TƏHSİL.BİZ xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri, Təhsil Respublika İdman Mərkəzinin direktoru səlahiyyətlərini icra edən Rüstəm Ağayev “Məktəbdənkənar təhsil: Çağırışlar və perspektivlər” mövzusunda keçirilən respublika konfransında panel müzakirə zamanı deyib.
Onun sözlərinə görə, məktəblərdən biri Gəncədə olacaq. Digəri isə 2007-ci ildən fəaliyyət göstərən Uşaq-gənclər idman məktəbidir ki, o da yenilənmiş halda istifadəyə veriləcək: “Bu il 25 məktəbdə pilot layihə olaraq idman növləri üzrə məktəbdənkənar fəaliyyətlər təşkil olunacaq. Bu fəaliyyətlərdə uşaqlar dərsdən sonra bir neçə saat idman məşğələlərinə cəlb olunacaq".