Logo

Koreyada təqaüdlə təhsil almaq istəyənlər üçün yeni fürsət

13.02.2025 10:18 53 baxış
IMG

Koreya Respublikası 2025-2026-cı tədris ili üzrə “Qlobal Koreya” təqaüd proqramına qəbul elan edir. 

TƏHSİL.BİZ  xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Belə ki, magistratura, doktorantura, və tədqiqat sahəsi üzrə elan olunan proqram müxtəlif ixtisas istiqamətlərini əhatə edir. 

Proqramda iştirak etmək istəyən Azərbaycan vətəndaşları 5 mart 2025-ci il tarixinədək tələb olunan sənədləri Koreya Respublikasının Azərbaycandakı Səfirliyinə təqdim etməlidirlər.

Təqaüd proqramı ilə bağlı əlavə məlumat üçün elan mətninə nəzər yetirə bilərsiniz.

Elan: https://htp.edu.az/.../d560af29ad844625b7ee9fd9d61e97f8.pdf


 

Xəbər lenti