Logo

Əminağa Sadıqov kimdir? – DOSYE

13.02.2025 08:28 194 baxış
IMG

 Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olunub.

TƏHSİL.BİZ xəbər verir ki, Sumqayıt Dövlət Universitetinə rektor əvəzi təyin edilən Əminağa Sadıqov tanınmış alim və təhsil mütəxəssisidir.

O, 18 dekabr 1962-ci ildə Lerikdə anadan olub. 1980-ci ildə Bakı şəhərində 1 saylı respublika fizika-riyaziyyat təmayüllü orta məktəbini bitirərək Dnepropetrovsk Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsinə qəbul olunub və 1985-ci ildə həmin universiteti bitirib.

Elmi fəaliyyətinə gəldikdə:

  • 1992-ci ildə Dnepropetrovsk Dövlət Universitetində fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alıb.
  • 2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda doktorluq dissertasiyasını müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsini alıb.
  • 2010-cu ildə dosent, 2016-cı ildə professor elmi adını alıb.
  • 2 may 2017-ci ildə "Kompüter elmləri" ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilib.
  • 1 may 2019-cu ildə AMEA-nın akademik-katibi (vitse-prezidenti) və AMEA Rəyasət Heyətinin üzvü seçilib.

İdarəçilik fəaliyyəti:

  • 1 dekabr 2020-ci ildə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru təyin edilib.
  • 2021–2023-cü illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru vəzifəsində çalışıb.
  • 12 yanvar 2024-cü ildə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini təyin olunub.
    Əminağa Sadıqov ingilis, rus, türk və ukrain dillərini sərbəst bilir.

Evlidir, 1 qızı və 2 oğlu var.

Xəbər lenti