"Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır".
TƏHSİL.BİZ AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Somali Prezidenti Hasan Şeyx Mahmud ilə fevralın 12-də birgə keçirilən mətbuat konfransında deyib.
Dövlət başçısı bildirib ki, ölkələrimiz arasında imzalanan sənəd onların sayını artırmaq imkanını yaradacaq:
"İlkin mərhələdə on tələbə, sonra isə onların sayı daha çox ola bilər. Bir sözlə, onların universitetlərimizdə müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına fayda verəcək".