Logo

ARTİ tərəfindən MİP reallaşdırılan ümumi təhsil müəssisələrində monitorinq keçirilib

13.02.2025 14:30 36 baxış
IMG

Ümumi təhsil müəssisələrində tədris keyfiyyətinin yüksəldilməsi və strateji hədəflərin reallaşdırılması istiqamətində Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi tərəfindən 11-12 fevral tarixlərində Məktəbin İnkişaf Planı (MİP) çərçivəsində 265 nömrəli tam orta məktəbdə monitorinq keçirilib.

Monitorinqin keçirilməsində məqsəd MİP reallaşdırılan məktəblərdə tədris prosesinin gedişatının izlənilməsi, fənn müəllimlərinin metodiki və pedaqoji bacarıqlarının dəyərləndirilməsi olub.

Müşahidə prosesində müasir təhsil standartlarının tətbiqi, şagirdlərin öyrənmə motivasiyasını yüksəldən metod və yanaşmaların effektivliyi, eləcə də müəllimlərin istifadə etdikləri resurslar və strategiyalar diqqət mərkəzində olub. Proses zamanı dərs planlarının hazırlanması və tətbiqi dəyərləndirilib, interaktiv tədris metodlarının tətbiqi, eləcə də şagirdlərin fəal iştirakı müşahidə edilib. Monitorinq şagirdlərin təlim nailiyyətlərinin nəticələrinin və müəllimlərin metodiki bacarıqlarının dəyərləndirilməsi üçün müəyyən edilmiş meyarlar əsasında aparılıb.

Dərsdinləmə prosesi bitdikdən sonra müşahidələrdən əldə edilən nəticələr əsasında müəllimlərə fərdi rəy və tövsiyələr təqdim olunub, mövcud problemlər və onların həlli yollarına dair tövsiyələr verilib.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində aparılan dərslərin müşahidəsi şagirdlərin təlim nəticələrinin yaxşılaşdırılması, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və tədris prosesinin effektivliyinin yüksəldilməsi məqsədini daşıyır. MİP çərçivəsində monitorinq və görüşlərin digər ümumi təhsil müəssisələində də təşkil edilməsi nəzərdə tutulur.

 



 

Xəbər lenti