Logo

Türk xalqlarının ortaq tarixi-mədəni irsinin təbliğinə dair müzakirələr aparılıb

13.02.2025 11:44 35 baxış
IMG

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Qırğız Respublikasının Qazaxıstandakı səfiri Dastan Duşekeyev ilə görüşüb.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) TƏHSİL.BİZ -ə bildirilib ki, görüşdə elmi əməkdaşlığın gücləndirilməsi, birgə türkoloji layihələrin hazırlanması və türk xalqlarının ortaq tarixi-mədəni irsinin təbliği xüsusi vurğulanıb.

Akademiyanın prezidenti Türk dünyası ölkələri, xüsusilə qırğız alimləri arasında elmi əlaqələrin genişləndirilməsinə yönəlmiş əsas təşəbbüslər barədə məlumat verib.

Səfir Dastan Duşekeyev isə Qırğızıstan ilə Beynəlxalq Türk Akademiyası arasında əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu bildirib. O, xüsusilə elmi və akademik mübadilənin inkişaf etdirilməsi istiqamətində birgə səylərin vacibliyini vurğulayıb.

Xəbər lenti