Logo

Nazir müavini: Təhsilin bütün pillə və səviyyələrində Qərbi Azərbaycan mövzusuna yer verilib

13.02.2025 12:47 76 baxış
IMG

“Təhsilin bütün pillə və səviyyələrində Qərbi Azərbaycan mövzusuna yer verilib”.
 

TƏHSİL.BİZ xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Bakı Slavyan Universitetində "Konstitusiya və Suverenlik İli" çərçivəsində təşkil olunan "Qərbi Azərbaycan tədqiqatlarda: Çağırışlar və perspektivlər" mövzusunda konfransda bildirib.

Nazir müavini təəssüflə qeyd edib ki, uzun illər Qərbi Azərbaycanın tarixi yetərincə araşdırılmayıb:

"Ən son bu mövzuya görkəmli tarixçi, etnoqraf Qiyasəddin Qeybullayevin monoqrafiyasında geniş yer ayrılıb. Lakin son dövrlərdə bu sahədə fundamental tədqiqatlar aparılır, yeni əsərlər yazılır".

Firudin Qurbanov əlavə edib ki, Elm və Təhsil Nazirliyində Qərbi Azərbaycanla bağlı xüsusi işçi qrupu yaradılıb.

"Əsas məqsədimiz Qərbi Azərbaycanın tarixini gələcək nəsillərə olduğu kimi çatdırmaqdır. Artıq bu mövzu tədris proqramlarında öz əksini tapıb. Tarix və coğrafiya fənlərində Qərbi Azərbaycana dair materiallar yer alır”, – deyə nazir müavini vurğulayıb.

 

Xəbər lenti