AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları Moldovanın Komrat şəhərində keçirilən beynəlxalq konfransda onlayn iştirak ediblər.
İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, şərqşünaslar Komrat Dövlət Universitetinin 34-cü ildönümünə həsr olunmuş “Elm. Təhsil. Mədəniyyət” adlı beynəlxalq elmi konfransda məruzə ediblər.
Onlayn konfransda Aygül Mirzəyeva “Türk və qaqauz dillərində kulinariya leksikasının linqvokulturoloji xüsusiyyətləri” mövzusunda məruzə edib. Ülviyyə Eminova “Abdulhak Hamit Tarhan və Hüseyn Cavid dramlarında hökmdar obrazı”, Faidə Omarova isə “Tatar dilində polifunksional şəkilçilər haqqında” mövzusunda məruzələrlə çıxış ediblər.