Logo

UNEC-də sənaye və universitet əməkdaşlığı mövzusunda seminar keçirilib

01.10.2025 14:55 38 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində “Məzunların peşə bacarıqlarının inkişaf etdirilməsində sənaye ilə universitetlər arasında əməkdaşlığın rolu” mövzusunda seminar keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, seminarı giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, universitetlərlə sənaye qurumları arasında əməkdaşlığın məzunların peşə bacarıqlarının inkişaf etdirilməsi, praktik bilik və təcrübə qazanması, həmçinin onların əmək bazarına rəqabətqabiliyyətli və hazırlıqlı şəkildə daxil olması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, bu cür əməkdaşlıq modellərinin təhsil sisteminin keyfiyyətinin yüksəldilməsində və iqtisadi inkişafda strateji rol oynadığını vurğulayıb.

Sonra Maliyyə və audit kafedrasının müdiri professor Əvəz Ələkbərov mövzu ilə bağlı çıxış edərək, universitet təhsili ilə real əmək bazarı arasında körpü rolunu oynayan bu əməkdaşlıq modelinin gələcək kadr hazırlığında həlledici əhəmiyyət daşıdığını vurğulayıb, həmçinin tələbələrin yalnız nəzəri biliklərlə deyil, eyni zamanda praktik bacarıqlarla silahlanması üçün təhsil müəssisələrinin sənaye ilə daha sıx və davamlı əlaqələr qurmasının vacibliyini qeyd edib.

Sonda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

 

 

 

 


 

Xəbər lenti